Çempionumuzdan açıqlama: "İlk dəfə rəqiblərimə xal vermədən qalib oldum" - Video

Çempionumuzdan açıqlama: "İlk dəfə rəqiblərimə xal vermədən qalib oldum" - Video
İslamiada-2017, Güləş, Video
17 May 2017 - 21:28
Supersport.Az-ın məlumatına görə, İslamiadanın yunan-Roma güləşi yarışında çempionluq sevinci yaşayan Orxan Nuriyev belə deyib.

98 kq mübarizə aparan pəhləvan rəqiblərindən heç birinə xal vermədən qalib gəlməsinin gözlənilməz olduğunu bildirib:

"İslamiada yüksək səviyyədə təşkil olunub. Komandamız oyunlara çox yaxşı hazırlaşıb. Çempion olacağıma inanırdım. Çox şadam ki, birinci pilləyə sahib çıxdım. Bu uğura görə məşqçilər, federasiya rəhbərliyi, ölkə prezidenti İlham Əliyevə və media nümayəndələrinə təşəkkür edirəm. İlk dəfə idi ki, rəqiblərimə xal vermədən qalib oldum. Çempionluq növbəti yarışlarda qələbə qazanmaq üçün stimul olacaq".


 

Digər xəbərlər