Vaqner Lav Ronaldonu keçdi, rəqibi Messidir

Vaqner Lav Ronaldonu keçdi, rəqibi Messidir
Maqazin
16 May 2017 - 16:51
Supersport.Az-ın məlumatına görə, Türkiyənin "Aytəmiz Alanyaspor" klubunun braziliyalı hücumçusu Vaqner Lav məhsuldarlığı ilə dünyanın ulduz futbolçularıyla rəqabət aparır.

Forvard Superliqada 30 turdan sonra 21 qol vurub.

Vaqner Lav oyunlara görə ən çox fərqlənənlər siyahısında yalnız Lionel Messidən geri qalır. Argentinalı futbolçu 25 matçda 1.12 qol ortalaması ilə liderdir. Lavda bu göstərici 1.11-dir. "Bayern" klubunun polşalı futbolçusu Levandovski 25 oyunda qol ortalaması 1-dir.

Bu futbolçuları Kavani, Aubameyanq, Mertens, Suares, Kane, Ronaldo və Falkao izləyir.

 

 

4

Digər xəbərlər