"Sumqayıt"da madaqaskarlı hücumçu
Futbol
359
17 İyul 2025 - 13:09
Supersport.Az-ın məlumatına görə, "Sumqayıt" FK Aleksandr Ramalinqom ilə müqavilə imzalayıb
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komanda son olaraq "Bney Saxnin" klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb. 32 yaşlı madaqaskarlı hücumçu "Sumqayıt" FK-nın heyətində "9" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə "Səbail"in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.