"Traktor" La Liqada oynamış futbolçu aldı

"Traktor" La Liqada oynamış futbolçu aldı
Futbol
385
17 İyul 2025 - 12:35

Supersport.Az-ın məlumatına görə, Cənubi Azərbaycan çempionu "Traktor" heyətini gücləndirməyə davam edir.


Təbriz klubu İspaniyanın La Liqasında yarışan "Alaves" klubunda çıxış etmiş serbiyalı müdafiəçi Aleksandar Sedları komandaya cəlb edib.


33 yaşlı serbiyalı stoper Aleksandar Sedlar rəsmi müqavilə imzalayaraq baş məşqçi Dragan Skociçin komandasına qoşulub. Təcrübəli futbolçu yeni mövsüm "Traktor" formasını geyəcək.


Sedlar peşəkar futbol kariyerasına öz ölkəsində başlayıb. Serbiya liqasında parlaq çıxışından sonra Polşanın "Piast Gliwice" klubuna transfer olunub və bu komanda ilə Polşa liqasının çempionu olub. Ardınca İspaniyaya gedərək "Mallorca" və "Alaves" komandalarının heyətində La Liqada forma geyib.


Sedlar, eyni zamanda Serbiya milli komandasının da formasını geyinmiş futbolçudur.

Digər xəbərlər