Cüdoçularımızdan fantastik nəticə: 6 qızıl, 7 gümüş medal

Cüdoçularımızdan fantastik nəticə: 6 qızıl, 7 gümüş medal
İslamiada-2017, Digər, Cüdo
14 May 2017 - 22:57
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə də Azərbaycan uğurlu çıxışla yadda qalıb.

Elxan Məmmədov və İrina Kindzerskadan sonra Məmmədəli Mehdiyev ilə Elmar Qasımov da qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanmışdılar.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadiyə ipponla qalib gəlib.

Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov yarımfinalda əlcəzairli Lyes Buyakubu ipponla məğlub edib. Elmar Qasımov (100 kq) finalda ölkəmizin digər təmsilçisi, dünya çempionu Elxan Məmmədovla qarşılaşıb.

Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə İslamiadının gümüş medallarını qazanıblar.

Bununla da, 6 qızıl və 7 gümüş medal qazanan millimiz komanda hesabında fərdi yarışları birinciliklə başa vurub.

Digər xəbərlər