Azərbaycanlı idmançı məşqçisindən hamilə qaldı, yığmadan qovuldu

Azərbaycanlı idmançı məşqçisindən hamilə qaldı, yığmadan qovuldu
Atletika, Digər
11 May 2017 - 19:40
Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasında qalmaqal baş verib.

Supersport.Az xəbər verir ki, baku.ws-nin əldə etdiyi məlumata görə, İslamiadada ölkəmizi təmsil etməyə hazırlaşan ağır atlet planları alt-üst edib.

Belə ki, komandanın yeniyetmə üzvlərindən biri Goranboy rayonundan olan Xumar Məmmədova məşqlərə hamiləliyini gizlədərək qatılıb. 7-8 aylıq hamilə atletin "sirri"nin üstü 2 gün öncə açılıb. Bundan sonra idmançı komandadan xaric edilib.

Federasiya isə baş məşqçi Natali Prişepanın belə diqqətsizliynə görə izahat alıb. İslamiadadan sonra qadınlardan ibarət millinin baş məşqçisinin komandadan qovulma ehtimalının olduğu vurğulanır.

Digər məlumatda o da bildirilir ki, federasiya rəhbərliyi məsələdə idmançının şəxsi məşqisi Kərim Kərimlidən şübhələnir. Yəni uşağın atasının idmançının şəxsi məşqçisi olduğu güman edilir.

 

Digər xəbərlər