"Məni Azərbaycana satdılar" - Mariya Stadnik

"Məni Azərbaycana satdılar" - Mariya Stadnik
Digər, Güləş
11 May 2017 - 18:59


Sərbəst güləşi üzrə 6 qat Avropa çempionu, əslən Ukraynadan olan Mariya Stadnik ukraynalı jurnalistlərə Azərbaycan yığmasına keçidi haqda danışıb. Supersport.Az xarici KİV-ə istinadən bildirir ki, M.Stadnik bu barədə deyib:

 

"Məni Azərbaycanın şərəfini qorumağa, dəstəkləməyə məcbur edən detalları bilmirəm. Amma məni indiyə qədər xain adlandırırlar. Mənə tez-tez deyirlər ki, mən satıldım. Ancaq bu heç də belə deyil. Əslində, məni satdılar.

 

Ukrayna federasiyası mənə görə yaxşı kompensasiyalar aldı. Yəni mən satılmadım, məni satdılar. Artıq dəqiq məbləğ xatırlamıram və təxminini danışmaq da istəmirəm ki, məni sonra buna görə qınasınlar. Amma o vaxt üçün bu yaxşı pul idi".

Digər xəbərlər