Millinin məşqlərinə 30 voleybolçu cəlb olunub

Millinin məşqlərinə 30 voleybolçu cəlb olunub
Digər, Voleybol
04 Aprel 2017 - 15:27
Supersport.Az xəbər verir ki, voleybol üzrə qadınlardan ibarət milli yığma komandanın düşərgəsinə cəlb olunacaq voleybolçular  ölkə çempionatı bitdikdən sonra bir neçə günlük istirahət verildi. Aprel ayının 5-indən sonra komandamzı böyük mövsüm üçün hazırlıqlara start verəcəkdir. Artıq Milli komandanın düşərgəsində 30 idmançı əsas komandaya düşmək üçün mübarizə aparacaq. Qeyd edək ki, milli komanda qarşıda 3 böyük yarışda mübarizə aparacaqdır. “İslam həmrəylik oyunları”, “Dünya Çempionatının Seçmə mərhələsi” və ən əsası “Avropa Çempionatı”final-mərhələsi.

Məşqçilər korpusu ilkin heyətə Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Poznyak, Odina Bayramova, Kristina Yaqubova, Şəfaqət Həbibova, Yana Kulan, Aynur Kərimova, Ayşən Abduləzimova, Olena Həsənova, Marqariya Əzizova, Oksana Kiselyova, Ceyran Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Yekaterina Jidkova, Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Ülkər Kərimova və Anastasiya Şaşın adını daxil ediblər.

 

Digər xəbərlər