Ronaldodan başla rekord

Futbol
13 Mart 2017 - 18:45
Supersport.Az-ın məlumatına görə, "Real Betis"lə qarşılaşmada "Real Madrid"in ulduzu Kriştiano Ronaldo La Liqada daha bir rekorda imza atıb.
Portuqaliyalı futbolçu, İspaniya çempionatında başla 46-cı qolunu vurub. Bununla Ronaldo 45 qolun sahibi Arits Adurisi geridə qoyub. Kriştiano fəal oyunçular arasında La Liqada ən çox baş zərbəsiylə qol vuran futbolçu olub. Ulduz oyunçu bu mövsüm 19 dəfə fərqlənsə də, Çempionlar Liqasında 6 oyundur qapılara yol tapa bilmir.