Karate üzrə VIII beynəlxalq "Baku open" turnirinin açılışı olub - Şəkillər

Karate üzrə VIII beynəlxalq "Baku open" turnirinin açılışı olub - Şəkillər
Karate, Digər, Eksklüziv, Foto
12 Mart 2017 - 12:26
Bakı İdman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq "Baku open" turnirinin martın 11-də açılış mərasimi olub.

Supersport.Az xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov turnirdə iştirak edən müxtəlif ölkələrdən olan idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki, AKF artıq 20 ildir Dünya Karate Federasiyasının üzvüdür. Federasiya bu illər ərzində bir çox mühüm uğurlara imza atıb, karateçilərimiz mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanıblar.

Y.Bəşirov karateçilərimizin qarşıdan gələn yarışlarda - "Dubay open" turnirində, IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci il XXXI Tokio Yay Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək ölkəmizə medalla qayıdacaqlarına əminliyini bildirib.

Sonra yarışda təmsil olunan xarici ölkələrin müvafiq federasiyalarının təmsilçilərinə diplom və medalları təqdim edilib.



Fotolar Vüsal Şirəliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər