"Qarabağ"ın keçmiş rəqibi lideri əliboş yola saldı - Foto

Futbol, Foto
05 Mart 2017 - 23:47



Supersport.Az-ın məlumatına görə, Yunanıstan çempionatının 23-cü turunda PAOK "Olimpiakos"u sınağa çəkib. Saloniki təmsilçisi lideri 2:0 hesabıyla məğlub edib. Hazırda turnir cədvəlinə 51 xalla "Olimpiakos" başçılıq edir. "Panionios" 44 xalla ikinci, PAOK 43 xalla üçüncüdür.
Martın 9-da Avropa Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Olimpiakos" "Beşiktaş"ı qəbul edəcək.
Qeyd edək ki, Avroliqanın qrup turnirində "Qarabağ" hər iki oyunda PAOK-a qalib gəlmişdi: 2:0, 1:0.