AFFA "Qəbələ"yə cəza yağdırdı

AFFA "Qəbələ"yə cəza yağdırdı
Futbol
02 Mart 2017 - 19:28
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsi sərt qərarlar verib.

28 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Premyer Liqanın XX turunun "Qarabağ" – "İnter" matçının 86-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

"Kəpəz" – "Qəbələ" matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib.

- Oyunun 38-ci dəqiqəsində "Kəpəz" klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
- Oyunun 38-ci dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
- Oyunun I hissəsi bitdikdən sonra "Qəbələ2 klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxsin oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub- geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).
- "Qəbələ" klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8) (maddə 10).
- "Qəbələ" klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8) (maddə 10).
- "Qəbələ" klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).

Digər xəbərlər