PFL təqvimdə dəyişiklik etdi

PFL təqvimdə dəyişiklik etdi
Futbol
18 Fevral 2017 - 08:18
Premyer Liqanın XXII turunda dəyişiklik edilib.

AFFA Peşəkar Futbol Liqasına müraciət edərək, 7 mart – 9 mart 2017-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində milli komandanın toplanışı eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən PFL-dən xahiş edib. Milli komanda amilini nəzərə alan PFL müsbət qərar verib.

Premyer Liqanın XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən 13-ə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları isə martın 12-dən martın 14-ə keçirilib.

Digər xəbərlər