Seyhun Yıldız: "Azərbaycan da Türkiyə kimi yüksələcək"

Seyhun Yıldız: "Azərbaycan da Türkiyə kimi yüksələcək"
Digər, Eksklüziv, Foto, Su İdman növləri
07 Fevral 2017 - 11:24









Azərbaycanda qısa zamanda məşhurlaşan idman növü olan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə fəaliyyətə başlayıb. Federasiyanın əsas məqsədi respublika əhalisi arasında bu idman növünü təbliğ etməklə və yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaradaraq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir. SFA-in əsas məqsədlərindən biri respublikanın yığma komandasını hazırlayaraq, komandanın beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Məhz bu məqsədlə Avropa Yelkənli İdman Federasiyası (EUROSAF) və İtalıya Yelkənli İdman Federasiyası ilə sıx əməkdaşlıq aparılır. 2014-cü ildən etibarən Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) Beynəlxalq Yelkənli İdman Federasiyasının (World Sailing) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvüdür. Yelkən üçün ən önəmli olan 2 təbiət elementinin var olduğu ölkəmiz Xəzər dəniz sahilində yerləşir və daim küləklərin əsdiyi iqlimə malik olduğu üçün yelkənli idman növünün inkişafı üçün əlverişlidir. Qısa zaman ərzində məşhurluq qazanan bu idman növünə daha çox az yaşlı uşaqlar maraq göstərir.


Ən balaca 7 yaş, ən boyük 17 yaş optimist sinfi üzrə baş məşqçisi Seyhun Yıldız Supersport.Az saytına açıqlama verib:


"Bu ilin əvvəlində, yanvarda keçən il olduğu kimi yenə də Bodrumda təlim-məşq düşərgəsində olduq. Orada təlim keçməyimizin səbəbi odur ki, uşaqlara ilk səfər təəssüratı yaradaq. Bizim üçün yanvar ayı ona görə sərfəlidir ki, uşaqlar tətildə olurlar. Bu dəfəki təlimdə yelkənin optimist və lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımız iştirak edib. Biz Bodrumda məqsədimizə çatdıq. Yeni idmançıları yeni mövsümə hazırlaşdılar, köhnələr isə böyük təcrübə qazandılar. Hal-hazırda 9 optimist və lazer siniflərimiz var. Biz ümumilikdə həftədə 4 dəfə yığışırıq. Şənbə və bazar günləri dənizdə, çərşənbə axşamı günü üzgüçülük, cümə axşamı isə fitnes məşqlərimiz olur. Federasiya hər şeyi yüksək səviyyədə edir. Dünyanın ən son texnologiyalı qayıqları bizdədir. Bununla yanaşı biz həm də məşqçi yetişdirirk. Biz uşaqlarla dost kimi rəftar edirik. Onlarla oyun da oynayırıq. Elə valideynlər var ki, hər iki uşaqlarını da bura göndərmək istəyir. Mart ayında yenidən Bodruma gedəcəyik. Orada biz Avropa və Dünya çempionatlarına hazırlaşacağıq. Bolqarıstanda keçiriləcək Avropa çempionatında Azərbaycanı 4 optimist təmsil edəcək. İyun ayında keçiriləcək Dünya çempionatında isə 3 optimist çıxış edəcək. Orada əsas məqsədimiz orta sıralarda yer almaqdır. Biz də Türkiyə kimi yavaş-yavaş yüksələcəyik. Azərbaycanda gələcəyə ümidlərimiz var. Əsas odur ki, biz bazanı qurduq".











yelkən1

kristina2

yelkən3


Süleyman





Digər xəbərlər