FİNALDA RUSİYA - ARGENTİNA DUELİ

Futzal, Digər
29 Sentyabr 2016 - 11:00
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ikinci finalçı da müəyyənləşib.
Supersport.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin oyununda Argentina və Portuqaliya milliləri qarşılaşıb.
1/4 finalda Azərbaycan millisini mübarizədən kənarlaşdıran Portuqaliya bu dəfə uduzub - 2:5.
Beləliklə, finalda Rusiya və Argentina üz-üzə gələcək. Həlledici oyun oktyabrın 1-i keçiriləcək.