FUTZAL MİLLİMİZ MUNDİALDA

Futzal, Digər
12 Sentyabr 2016 - 13:17
Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.
Supersport.Az-ın məlumatına görə, millimiz bu gecə sözügedən turnirdə ilk oyununu keçirəcək.
Tarixində ilk dəfə mundialda çıxış edəcək yığmamız Mərakeşlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Qeyd edək ki, millimiz F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparacaq.
13 sentyabr
F qrupu
03:00. Mərakeş - Azərbaycan