"QIZIL"SIZ AZƏRBAYCAN: OLİMPİYA ÇEMPİONUMUZ BÜRÜNC MEDAL QAZANDI

"QIZIL"SIZ AZƏRBAYCAN: OLİMPİYA ÇEMPİONUMUZ BÜRÜNC MEDAL QAZANDI
Olimpiya, Rio-2016, Güləş
21 Avqust 2016 - 00:51
Rio-2016 olimpiadası başa çatmaq üzrə olsa da, ölkəmiz qızıl medal qazana bilməyib.

Supersport.Az-ın məlumatına görə, bu dəfə sərbəst güləşçilərin mübarizəsində, 86-kq-da qızıl medala ümidlilərimizdən olan Şərif Şərifov bürünc mükafatla kifayətlənib.

Olimpiya çempionu Şərif Şərifov əvvəlcə ardıcıl olaraq Çin təmsilçisi Şengfeng Bi və Polşa təmsilçisi Zbignev Baranovski üzərində tam üstünlüklə qələbə qazanıb. Yarımfinalda son Rusiyadan dünya çempionu Abdulraşid Sadullayevlə qarşılaşan güləşçimiz məğlub olub və bürünc medal görüşünə haqq qazanıb. Venesuela idmançısı Pedro Fuentesi də qalib gələn Şərif Şərifov Rio Olimpiadasının bürünc medalını qazanıb.

86 kq

Bürünc medal görüşü – Pedro Fransisko Keballos Fuentes (VEN) – Şərif Şərifov 1:5
1/2 final – Abdulrəşid Sadullayev (RUS) – Şərif Şərifov 8:1
1/4 final – Şərif Şərifov – Zbignev Mateusz Baranovski (POL) 7:0
1/8 final – Şengfeng Bi (CHN) – Şərif Şərifov 0:10

125 kq

1/8 final – Camaləddin Məhəmmədov – Tervel İvaylov Dlagnev (USA) 5:6 (güləşçimiz zədələnib)

Digər xəbərlər