RİO-2016: İDMANÇILARIMIZIN BUGÜNKÜ TƏQVİMİ

RİO-2016: İDMANÇILARIMIZIN BUGÜNKÜ TƏQVİMİ
Olimpiya, Rio-2016, Digər
20 Avqust 2016 - 05:07


Rio-2016 Yay Olimpiya Oyunları davam edir. Supersport.Az saytının məlumatına görə, mötəbərturnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.

 

Sərbəst güləş yarışlarında çıxış edən Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), həmçinin taekvondoçu Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda günü mükafatla başa vura bilərlər.

 

Olimpiya Oyunları

XV gün

 

Sərbəst güləş

1/8 final

17:20. Şərif Şərifov (86 kq) – Şengfeng Bi (Çin)

 

17:45. Cəmaləddin Məhəmmədov (125 kq) -  İvaylov Dlaqnev (ABŞ)

 

Taekvondo

1/8 final

19:45. Radik İsayev (+80 kq) – Ruslan Japarov (Qazaxıstan)

 

Bədii gimnastika

Çoxnövçülük

Final

22:20. Marina Durunda

Digər xəbərlər