ELMAR QASIMOV DA GÜMÜŞ MEDALLA KİFAYƏTLƏNDİ
Olimpiya, Rio-2016, Digər
12 Avqust 2016 - 00:30
Bu gün Azərbaycan milli komandasının cüdoçusu Elmar Qasımov Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Supersport.Az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Rusiya idmançısı, Londonda keçirilən Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Taqir Xaybullayev olub. Rəqibinə qalib gələn Elmar 1/8 finala yüksəlib.
Bu mərhələdə isə Elmar əlcəzairli Lyes Bouyakubla qarşılaşıb və qələbə qazanaraq 1/4 finala çıxıb. Tərəflərdən hərəsi vazari xalı qazanıb, yekunda əlcəzairli idmançının şidosu Elmardar çox olduğundan (2:1) qələbə idmançımıza verilib.
E.Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu görüş cəmi 54 saniyə çəkib.
Yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenkonu ipponla məğlub edib.
Cüdoçumuz finalda çexiyalı dünya çempionu Lukaş Krpalekə ipponla uduzaraq gümüş medal qazanıb.