AZƏRBAYCAN ATLETİ QAZAXISTANA OLİMPİYA ÇEMPİONLUĞU QAZANDIRDI

Olimpiya, Rio-2016
11 Avqust 2016 - 09:00
Supersport.Az-ın məlumatına görə, "Rio-2016"da Qazaxıstan bayrağı altında mübarizə aparan azərbaycanlı atlet Nicat Rəhimov Olimpiya çempionu titulunu qazanıb. O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib.
77 kq çəki kateqoriyasında çıxış edən, avqustun 13-də 23 yaşı tamam olacaq ağırlıqqaldıran, fantastik göstəriciyə imza atıb. Nicat təkanla qaldırmada dünya rekordunu 4 kiloqram yeniləyərək toplam 379 kiloqram nəticə ilə Olimpiya çempionu olub.
Qeyd edək ki, Nicat 2010-cu ildə o, Azərbaycanın bayrağı altında Sinqapurda yeniyetmələrin Olimpiadada çıxış edib və qızıl medal qazanıb. 2015-ci ildə Dünya çempionu olub.
2014-cü ildə Azərbaycanın Ağır Atletika Federasiyası onu ölkə yığmasının tərkibinə daxil etməyib, bundan sonra idmançı Qazaxıstan vətəndaşlığını qəbul edərək həmin ökənin bayrağı altında çıxış etməyə başlayıb. Hələ o zaman Nicatın atası Əli Rəhimov bunu millidə nizam-intizamın olmaması və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmaması ilə əlaqələndirmişdi.