OLİMPİADADA NAZİRİ SOYDULAR

OLİMPİADADA NAZİRİ SOYDULAR
Olimpiya, Rio-2016
08 Avqust 2016 - 09:16
Supersport.Az-ın məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən olimpiada zamanı idman naziri qarət olunub.

Portuqaliyanın idman naziri Tyaqo Brandauya bıçaqla hücum edən cinayətkarlar onun pulunu alıblar.

Lakin polislər tərəfindən təcili əməliyyat aparılıb və quldurlar həbs olunub. Cinayəti törədən kriminal aləmdə "Timen" ləqəbi ilə tanınan Marko Luis Brandaudur. O, saxlanılan zaman polisə 5 min real (1500 dollar) rüşvət təklif edib. "Timen"i 10 illik həbs cəzasl gözləyir.

Xatırladaq ki, avqustun 5-də başlayan olimpiada 21-də başa çatacaq.

Digər xəbərlər