"QƏBƏLƏ" BAŞLADI

"QƏBƏLƏ" BAŞLADI
Futbol
07 Avqust 2016 - 17:00
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Lill"ə (Fransa) qarşı cavab oyunundan (1:0) sonra bir günlük istirahətə buraxılan "Qəbələ", Premyer Liqanın yeni mövsümünün ilk turunun hazırlığına start verib.

"Kəpəz"lə ev oyununu Bakıda keçirəcək "qırmızı-qaralar" paytaxtda məşq edir. Dünən baş tutan ilk məşqdə futbolçular iki qrupda çalışıb. Fransa klubu ilə görüşün iştirakçıları bərpaedici və fiziki hazırlıq keçiblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər.

Xatırladaq ki, ilk turun "Qəbələ" - "Kəpəz" görüşü avqustun 8-də saat 19:00-da 8-ci km stadionunda başlayacaq.

Digər xəbərlər