VELOSİPEDÇİMİZ SLOVAKİYADA İKİNCİ OLDU

VELOSİPEDÇİMİZ SLOVAKİYADA İKİNCİ OLDU
Digər, Velosiped
10 İyun 2016 - 19:01
Azərbaycanın “Synergy Baku” kontinental komandasının 5 üzvü Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya turunda mübarizə aparır.

Supersport.Az xəbər verir ki, yarışın dağ mərhələsi sayılan ikinci günündə komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini ikinci keçib. Turda 170 kilometr məsafəni İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən ikinci olub - 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib.

İyirmi üç komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakov ilə təmsil olunur.

Sayca 60-cı dəfə keçirilən Slovakiya turuna iyunun 12-də yekun vurulacaq.

Digər xəbərlər