AÇ-NİN KUBOKU AZƏRSUN HOLDİNQİN OFİSİNDƏ OLUB

AÇ-NİN KUBOKU AZƏRSUN HOLDİNQİN OFİSİNDƏ OLUB
Futbol
04 May 2016 - 18:56
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın kubok turu davam edir. Supersport.Az xəbər verir ki, kubok bu gün AÇ-nin milli dəstəkçilərindən olan "Azərçay" markasının məkanında ictimaiyyətə təqdim edilib.

Şirkətin ofisində keçirilən təqdimat mərasimində UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinin üzvləri və Azərsun Holdinqin əməkdaşları iştirak edib, kubok ilə şəkil çəkdirmək imkanı qazanıb.

Digər xəbərlər