"BARSELONA"DA ARDA ŞOKU

"BARSELONA"DA ARDA ŞOKU
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
20 Aprel 2016 - 00:58
Supersport.Az-ın məlumatına görə, "Barselona" "Deportivo" ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib.

Klubun aparıcı üzvlərindən olan Arda Turan, qastrit diaqnozu səbəbiylə komandanın məşqinə qatılmayıb.

"Barselona"nın "Deportivo" ilə oyununda türk futbolçunun iştirakı sual altındadır.

Baş məşqçi Luis Enrike mətbuat konfransında klubun ciddi problemlə qarşılaşdığını bildirib:

"Maksimum dərəcədə çətinliklə üzləşmişik. Bunları aşmaq üçün qələbə qazanmalıyıq. Xoşagəlməz məqamı aradan qaldırmağa çalışacağıq. Keçmiş dönəmdə belə hallarla qarşılaşmışıq. İndiyə qədər sahib olduğumuz fikirlər, oynadığımız futbol hesabın problemlərin öhdəsindən gələcəyimizi düşünürəm".

Kataloniyanın "La Vanguardia" qəzeti, Neymarın son həftələr formadan düşməsinin "Barselona"nı narahat etdiyini qabardıb. Son 5 oyunda braziliyalı futbolçunun nizamsız yaşadığı, reklam filmərinə çəkiliş səbəbindən tez-tez səyahət etdiyi və gec yatdığı vurğulanıb.

Digər xəbərlər