QURBANOVUN CƏZASI LƏĞV OLUNDU

QURBANOVUN CƏZASI LƏĞV OLUNDU
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
19 Aprel 2016 - 19:27
Supersport.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsi bir sıra qərarlar verib.


16 apreldə XXIV Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ” matçında paytaxt klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


"Neftçi" - "Qarabağ" matçının 23-cü dəqiqəsində Bakı klubunun futbolçusu  Ruslan Qurbanov sarı vərəqə ilə cəzalanıb. "Neftçi" klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildiriblər.


İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra qərar qəbul edib. Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova Simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Digər xəbərlər