"QALATASARAY"A ANTALYA DƏRSİ - VİDEO

"QALATASARAY"A ANTALYA DƏRSİ - VİDEO
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
17 Aprel 2016 - 07:14
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionatının 29-cu turunda İstanbul klubu daha bir zərbə alıb. "Antalyaspor" "Qalatasaray"ı əliboş yola salıb. "Sarı-qırmızılı" klubun bu məğlubiyyətlə qələbə həsrəti 9 oyuna çatıb. Meydan sahiblərinin kamerunlu ulduzu Samuel Eto'o 2 qola imza atıb, 2 effektli ötürmə verməklə oyuna damğasını vurub. İkinci hissədə "Qalatasaray"ın futbolçusu Donk qırmızı vərəqə ilə cəzalanıb.

Antalyaspor - Qalatasaray 4:2

Qollar: Eto'o 15, 53 , Əmrah Başsan 75, Rıdvan Şimşek - Dieqo (39-öz qapısına), Umut Bulut 64.

Qırmızı vərəqə: Donk 69.

Digər xəbərlər