YEDDİQAT DÜNYA ÇEMPİONU ŞUMAXERİN AVTOMOBİLİ SATILIR

Maqazin, Futbol, Digər, Eksklüziv, Formula-1, Video, Foto
16 Aprel 2016 - 07:13
Supersport.Az-ın məlumatına görə, "Formula-1"in əfsanəvi pilotu Mixael Şumaxerin istifadə etdiyi avtomobil satışa çıxarılacaq. Alman sürücü 1992-ci ildə yarışlarda bu maşından faydalanıb.
Şumaxer ilk avtomobili olan B191B ilə iki dəfə üçüncü olub. Maşının 220-280 min avroya satılacağı bildirilir.
"Ford Cosworth"un istehsal etdiyi B191B-i Şumaxerlə yanaşı, Martin Brundle də idarə edib.
Xatırladaq ki, Şumaxer xizək sürərkən ciddi xəsarət alıb və hazırda müalicə olunur.