MİLLİ KOMANDAMIZDA YENİ BAŞ MƏŞQÇİ

MİLLİ KOMANDAMIZDA YENİ BAŞ MƏŞQÇİ
Digər, Su İdman növləri
06 Aprel 2016 - 21:19
Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. Supersport.Az xəbər verir ki, bu, ukraynalı Avropa və dünya çempionu Dmitri Sablindir.

37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. O, kanoeçi kimi 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.

Digər xəbərlər