UEFA TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ

UEFA TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ
Futbol
21 Mart 2016 - 16:01
"FƏNƏRBAĞÇA"NIN İKİ FUTBOLÇUSU XORVAT HAKİMİ ƏZİŞDİRMƏK İSTƏYİB

Avropa Liqasının 1/8 final mərhələsinin "Braqa" - "Fənərbağça" oyununda xorvat hakim İvan Bebekin verdiyi səhv qərarlar Türkiyə klubunun mübarizəni dayandırmasına səbəb olub.

Supersport.Az-ın qardaş ölkənin mətbuatına istinadən məlumatına görə, UEFA hakim-inspektoru referiyə 8.2 verib ki, bu da onun idarəçiliyinin yaxşı olduğunu göstərir. Buna görə də "Fənərbağça" rəhbərliyi və azarkeşləri əsəbləşib.

Raportda 38 yaşlı FİFA referisinin, türk klubunun iki futbolçusu Josef de Souza və Volkan Şənin koridorda onu döymək istədiyini yazıb. Bu səbəbdən UEFA-nın "Fənərbağça"nın hər iki oyunçusuna sərt cəza verəcəyi bildirilir.

Digər xəbərlər