"BEŞİKTAŞ" "TRABZONSPOR"A QALİB GƏLƏRƏK YENİDƏN LİDER OLDU

Futbol
16 Mart 2016 - 00:31
Türkiyə Superliqasında 19-cu turdan təxirə salınmış "Trabzonspr" - "Beşiktaş" dueli baş tutub.
Supersport.Az xəbər verir ki, "qara qartallar" səfərdə Trabzon təmsilçisini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Beşiktaş" xallarının sayını 60-a yüksəldərək turnir cədvəlində liderliyi ələ keçirib. "Qartallar" ən yaxın izləyicisi "Fənərbaxça"nı 1 xalla qabaqlayır.
"Trabzonspor" - "Beşiktaş" 0:2
Qollar: Mario Qomez, 75, Olcay Şahan 86