"QARABAĞ"IN FUTBOLÇUSU ALMANİYADA ƏMƏLİYYAT OLUNDU

"QARABAĞ"IN FUTBOLÇUSU ALMANİYADA ƏMƏLİYYAT OLUNDU
Futbol
13 Mart 2016 - 00:33
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub.

Qış transfer pəncərəsi zamanı komandanın sıralarına qoşulan futbolçu təlim-məşq toplanışı zamanı zədələnmiş təxminən1 ay yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la keçirilən kubok mücadiləsində ilk dəfə "Qarabağ"da start heyətində meydana çıxsa da elə ilk hissədəcə də yenidən xəsarət almışdı.
Belə də 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilmişdi. Artıq futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.

Digər xəbərlər