Supersport.Az xəbər verir ki, 1 iyun tarixindən etibarən 3×3 basketbol üzrə milli komandamız Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışına start verib. Millimiz, zədə səbəbindən məşqlərə yenicə qatılmış kapitan Amil Həmzəyevin heyətə qoşulması ilə məşqlərini mütəmadi şəkildə davam etdirir. Yığmamız hazırlıq prosesini 15 iyun tarixində yekunlaşdıracaq. Bu təlim-məşq toplanışında əsas məqsəd, 17 və 18 iyunda Kiprin Limasol şəhərində baş tutacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Onu da qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

Millimiz Avropa Kubokuna hazırlaşır
Dərc etdi:
Supersport
Supersport.Az portalı 2009-cu ildə təsis olunub. Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib. Supersport.Az Mətbuat Şurasının üzvüdür. Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb. Supersport.Az-ın internet (youtube) kanalının hazırda 43 min 500-dən çox abunəçisi var və 9 milyon 600 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib. Supersport.Az-ın Avropa təmsilçisi, fotomüxbiri Vüsal Şirəliyev Çempionlar Liqasının "Mançester Siti" – "İnter", Konfrans Liqasının "Roma" – "Feyenoord" final matçlarını və çox sayda digər beynəlxalq oyunları işıqlandırıb. Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.