Erik Kantona: "Fransa futbolunun tarixi yoxdur"

Erik Kantona: "Fransa futbolunun tarixi yoxdur"
Futbol
27 May 2023 - 23:22
"Fransa futbolunun tarixi yoxdur. Bəlkə də mən köhnə axmaqam, amma ruhu olan, mənə toxunan bir şey olan futbola üstünlük verirəm".

Supersport.Az xəbər verir ki, Erik Kantona Fransa futbolunun problemlərindən danışarkən belə deyib.

"Fransa futbolunun tarixi yoxdur. Bu, dünyada yeganə ölkədir ki, orada eyni şəhərdən iki komanda yoxdur.

Deməli, bəli, futbolu sevən insanlar, əsl azarkeşlər var, amma bir şəhərdə iki klubun olması kifayət deyil.

Bəlkə də mən köhnə axmağam, amma ruhu olan, mənə toxunan bir şeyi olan futbolu dəstəkləməyi üstün tuturam.

Parisə gəlincə, mən PSJ-nin oyunundansa, “Srvena Zvezda”nın (Fransa 3-cü divizionundan olan komandalar) Sen-Ouendəki oyununa getməyi üstün tuturam”, – sabiq fransalı futbolçu “La Parisien” nəşrinə müsahibəsində bildirib.

Digər xəbərlər