"Qəbələ"dən Konfrans Liqasına vəsiqə, "Şamaxı" sonuncu oldu

Futbol
27 May 2023 - 22:01
Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 36-cı-sonuncu turuna start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. "Sumqayıt" "Zirə"yə 0:3 hesabı ilə uduzub. "Qəbələ" "Kəpəz"lə qollu heç-heçə edib. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, "Qəbələ" Azərbaycan kubokunun finalında "Neftçi" ilə matçın nəticəsindən asılı olmayaraq 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.
Bundan əvvəl "Qarabağ" Çempionlar Liqasına, "Sabah" və "Neftçi" Konfrans Liqasına vəsiqəni təmin edib.
Günün son qarşılaşmasında "Səbail" "Şamaxı"nı 1 qolla məğlub edərək, 29 xalla 9-cu, "Şamaxı" isə 25 xalla 10-cu yeri tutub.
AFFA rəhbərliyi bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.
27 may (şənbə)
20:00. “Səbail” – “Şamaxı” - 1:0
Qol: Franko Mazurek, 45+1
Qırmızı vərəqə: Elmir Tağıyev, 90+2 ("Səbail")
17:30.“Sumqayıt” – “Zirə” - 0:3
Qollar: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
17:30.“Qəbələ” – “Kəpəz” - 1:1
Qollar: İsnik Alimi, 45+4-pen.(1:0), Zamiq Əliyev, 80 (1:1)
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
19:30. “Qarabağ” – “Turan Tovuz”
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 22 qol
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol