Ölkəmizdən qızıl, gümüş, bürünc mükafat

Digər, Cüdo
22 May 2023 - 05:00
20-21 mayda İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turniri keçirilib.
Supersport.Az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.