Rəşad Rəsullu milllidən narazı qaldı

Rəşad Rəsullu milllidən narazı qaldı
Digər, Cüdo
18 May 2023 - 14:29
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu yığmanın dünya çempionatında uğursuz çıxış etdiyini bildirib.

"Dünya çempionatında əldə olunan nəticə bizi qane etmədi. İdmançılarımızın potensialına əsasən, yüksək nəticələrin olacağına inanırdıq. Dünya çempionatında 4 qadın cüdoçumuz iştirak etdi. Biz kişi yığma komandasına olduğu kimi, qadınlardan ibarət yığmamıza da diqqət və qayğı ilə yanaşırıq. Əminik ki, qadınlardan ibarət yığmamız gələcəkdə çox yaxşı nəticələr əldə edəcək".

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.

Digər xəbərlər