Azərbaycanın hakimi final mərhələsində

Futbol
16 May 2023 - 17:00
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Supersport.Az AFFA-ya istinadla xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya-Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi mayın 17-dən iyunun 2-dək Macarıstanda keçiriləcək.