"Araz-Naxçıvan"dan 29-cu çempionluq

Futbol
15 May 2023 - 20:15
Supersport.Az xəbər verir ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi məlum olub.
"Neftçi" İK ilə həlledici oyunda 4:1 hesablı qələbə qazanan "Araz-Naxçıvan" 29-cu dəfə Azərbaycan çempionatının qalibi olub. Final oyunundan sonra cari mövsümünü ilk 3 pillədə başa vuran komandaların mükafatlandırma mərasimi təşkil olunub.
Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və “Neftçi” İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər. “Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz-Naxçıvan”a isə qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz-Naxçıvan”a çempionluq kuboku təqdim edilib.