Antirekord təkrar olundu

Antirekord təkrar olundu
Futbol
15 May 2023 - 10:45
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb. XXXIV turun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.

Digər xəbərlər