Ölkə kubokunun finalçıları məlum oldu

Ölkə kubokunun finalçıları məlum oldu
Digər, Həndbol
11 May 2023 - 15:11
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan Kuboku yarışının açılış mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, "AHF Arena"da təşkil olunan turnir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunub.

Bundan sonra komandalar yarış meydançasına dəvət olunublar.

İlkin mərhələnin nəticələrinə əsasən, yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Kişilərin mübarizəsində "Məhsul"a 30:23 hesabı ilə qalib gələn "İdman Akademiyası", "Bakı"nı 34:27 hesabı ilə məğlub edən "Təhsil" finala yüksəlib.

Digər xəbərlər