Azərbaycanın daha bir cüdoçusu uğursuz çıxış etdi

Azərbaycanın daha bir cüdoçusu uğursuz çıxış etdi
Digər, Cüdo
10 May 2023 - 13:45
Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Supersport.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan Səid Mollayi 1/16 final mərhələsində kanadalı Fransua Qotyer Drapauya məğlub olaraq yarışdan kənarlaşıb.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Dünya çempionatı mayın 14-də başa çatacaq.

Digər xəbərlər