Azərbaycandan Parisdə ilk gün 2 medal

Azərbaycandan Parisdə ilk gün 2 medal
Digər, Cüdo
07 May 2023 - 13:00
Cüdoçularımız Paris Avropa Kuboku turnirinin ilk günündə 2 medal əldə ediblər.

Supersport.Az xəbər verir ki, Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

Yarışın ilk günündə oğlanların yarışında -60 kq., -66 kq., və -73 kq. çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. -60 kq. çəkidə Nizami İmranov qızıl medal, -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib.

Digər xəbərlər