Avropa Kubokunda 6 medal qazanıldı

Avropa Kubokunda 6 medal qazanıldı
Digər, Cüdo
22 May 2023 - 00:11

Supersport.Az-ın məlumatına görə, Azərbaycan cüdoçuları 20-21 mayda Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.


Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.





Yarışın ilk günündə cüdoçular 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə isə oğlanların yarışında +90 kq. çəkidə Eldar Əliyev bürünc medal qazanıb. -90 kq. çəkidə Tuncay Şamil isə 7-ci yer yerdə qərarlaşıb.

Digər xəbərlər