Azərbaycana gələn idmançının səhhətində problem

Azərbaycana gələn idmançının səhhətində problem
Digər
03 May 2023 - 17:45
Avarçəkmə üzrə "Prezident kuboku-2023" beynəlxalq reqatasında iştirak üçün Azərbaycana gələn Şimali Makedoniya yığmasının üzvü Aleksey Çakareskinin uzun səfərdən sonra səhhətində problem yaranıb.

Supersport.Az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadla xəbər verir ki, qurum tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb.

İdmançı həkim müayinəsindən keçib. Hazırda onun səhhətində hər hansı problemin olmadığı bildirilib.
Özünü yaxşı hiss edən Aleksey Çakareski komandası ilə birlikdədir.

Digər xəbərlər