"Neftçi" - "Qarabağ" oyununa azarkeşlərdən biganəlik

Futbol, Eksklüziv
01 May 2023 - 12:07
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 32-ci turunda mayın 2-də keçiriləcək "Neftçi" - "Qarabağ" matçına azarkeşlərin marağı azdır.
Müxbirimizə açıqlamasında paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu haqda xəbər verib.
Supersport.Az-a "Neftçi"dən bildirilib ki, oyuna 8 min bilet satışa çıxarılıb və yalnız 1000 ədədi satılıb.
Qeyd edək ki, sabah 11 min tutuma malik 8-ci km stadionunda oynanılacaq "Neftçi" - "Qarabağ" matçı 20:00-da başlanacaq.