Tərlan Əhmədov: "Qorxacağımız bir şey yoxdur"

Tərlan Əhmədov: "Qorxacağımız bir şey yoxdur"
Futbol
29 Aprel 2023 - 19:01
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXII turunda öz meydanında "Sumqayıt"a 0:1 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov açıqlama verib.

"Oyunun ağır keçəcəyini bilirdik. Komanda mübarizə apardı, qol vurmaq üçün fürsətlərimiz var idi. Bu fəsildə, saat 4-də oynamaq çox çətindir. Boğucu hava var idi. Futbolçular tam güclərini qoya bilmirdilər. Belə matçın taleyini bir qol həll edir. "Sumqayt" bir dəfə fürsət yaxaladı və qol vurdu. Yeni formalaşan komandayıq. Bütün oyunları udmaq, qələbə seriyasını davam etdirmək  bizim üçün çətindir. Oyunu diqtə etməyə çalışdıq. Xoşbəxtlik "Sumqayıt"ın tərəfində idi.

Toparlanmaq çətin olmayacaq. Oyunların vaxtlarını dəyişsələr yaxşı olar. İsti havada, dəniz səviyyəsindən yüksəklikdə, bu saatda oynamaq çox çətindir. "Kəpəz"ə gələndə mənə deyirdilər ki, komanda zəifdir. Qorxacağımız bir şey yoxdur. Bizim işimiz "Kəpəz"i Premyer Liqada saxlamaqdır".

Digər xəbərlər