Avropa Kubokunda ölkəmiz ilk gün medalsız qaldı

Avropa Kubokunda ölkəmiz ilk gün medalsız qaldı
Digər, Cüdo
29 Aprel 2023 - 16:19
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Qori şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilib. Turnirdə 16 ölkədən 308 idmançı mübarizə aparır.

Oğlanların yarışında -50 kq. və -66 kq. çəki dərəcələrində 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayıb.

"A" qrupunda Nəcəf Nəsrullayev (50 kq) birinci qarşılaşmasında isveçrəli Tibo Bassiyə məğlub olaraq mübarizəni dayandırıb. "D" qrupunda Bahadır Feyzullayev əvvəlcə gürcü Saba Pilaurini, ardından türk Yıldızı məğlub etsə də, sonra qazaxıstanlı yarımfinalçı Murat Yerxana, ardından israilli Rozentala uduzub.

"B" qrupunda 66 kq-da Cəsur İbadlı , "D" qrupunda Səlim Sultanov bəzi qarşılaşmalarda qalib gəlsələr də, sonradan zəif təsir bağışlayaraq mükafatsız qalıblar.

Digər xəbərlər