"Heydər Əliyev kuboku" yarışı başladı

"Heydər Əliyev kuboku" yarışı başladı
Digər, Voleybol
25 Aprel 2023 - 21:25
Voleybolçular arasında "Heydər Əliyev kuboku"na start verilib.

Supersport.Az məlumatına görə, ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub və məğlub olan komandalar mübarizəni dayandırıblar.

Günün nəticələrinə görə, kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Express” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar.

Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” - “Neftçi”, iki saat sonra isə “Murov” və MOİK cütləri çıxacaqlar.

Kişilər

“Xarı bülbül-2 Şuşa” - “Murov” 0:3

“Təhsil” - MOİK 2:3

Yarımfinal

27 aprel

Kişilər

16:00 “Xarı bülbül Şuşa” - “Neftçi”

18:00 “Murov” - MOİK

Qeyd edək ki, olimpiya sistemi ilə keçirilən yarış 4 gün davam edəcək. Oyunlar Voleybol Mərkəzində təşkil olunur.

Digər xəbərlər