"Fənərbağça" şokda: "Ağır zərbə aldıq"

Futbol
25 Aprel 2023 - 21:47
Supersport.Az-ın məlumatına görə Türkiyə Superliqasının 31-ci turunda "Fənərbağça" "İstanbulspor"la son dəqiqədə qələbəni əldən verdiyi üçün şoka düşüb. Oyun 3:3 hesabıyla bitib. "Fənərbağça" qalib gəlsəydi, lider "Qalatasaray"la xal fərqini 4-ə endirəcəkdi.
"Fənər"in 68 yaşlı portuqaliyalı baş məşqçisi Jorje Jesus açıqlama verib.
"Çempionluq yolunda xal fərqini azaltmaq fürsətini boşa verdik. Buna görə çox məyus oluruq, təəssüflənirik. Hər iki komanda heç-heçə etdiyi üçün durum dəyişmir. Matçda 2 qol vuran zaman oyunu asanlaşdırmışdıq, keyfiyyətli oyun göstərirdik. Rəqib sonadək mübarizə apardı. Evdə 3 qol vuran komanda uzduzmamalı və heç-heçə etməməlidir.
Oyunun sonlarında qol buraxmaq hamını - məni, azarkeşləri, futbolçuları əsəbləşdirir. Hər kəsin gərgin olmasını anlayıram. Belə bir heç-heçəni kimsə gözləmirdi. Bu, ağır zərbə oldu, hər kəsdə mənfi iz buraxdı. Təəssüf ki, futbolda belə də olur. Bununla belə, bizlər, futbolçular və məşqçi mən olaraq bu vəziyyətdən çıxmağın yolunu bilməliyik. Etirazları normal qəbul edirəm".